Dəstənin son üzvü qazaxıstanda tutuldu

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 maddəsi ilə axtarışda olan Quba sakini ələ keçib. APA TV-nin DİN-nin mətbuat xidmətinə istinadən məlumatına görə, törətdiyi ağır cinayət hadisələrinə görə, barəsində 2016-cı ildən axtarış elan edilən 31 yaşlı Sərxan Əkbərov Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində saxlanılıb.

Sərxan Əkbərov bir qrup şəxslə birlikdə qabaqcadan əlbir olaraq, 2016-ci ildə rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən pul, qızıl-zinət əşyaları və elektron avadanlıqlar oğurlayıblar. Bundan əlavə, törətdikləri sonuncu cinayət hadisəsi zamanı ev sahibinin evdə olduğunu görən dəstə üzvləri, qadının əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq, ona müxtəlif bədən xəsarətləri yetirməklə küllü miqdarda pul və mobil telefonu quldurluq yolu ilə ələ keçiriblər.

Qeyd edək ki, cinayətkar dəstənin 4 üzvü - Quba rayon sakinləri Raqib Kərimov, Faiq Xanməmmədov, Aftandil Əhmədov və Afina İxiilova cinayət hadisələrinin törədilməsindən bir müddətdən sonra tutularaq məsuliyyətə cəlb olunublar.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR