Deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlayıb
Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası başlayıb.
APA Tv-nin məlumatına görə, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2 maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır, səsverməyə 24 saat qalmış dayandırılır.
2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 17-dən fevralın 8-i saat 20:00-a qədər olan dövrü əhatə edir.
OXŞAR XƏBƏRLƏR
19:48
750
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
736
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
749
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
343
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
337
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
347