Deputatlardan prezident İlham Əliyevlə bağlı TƏKLİFLƏR
Parlamentdə Ali Baş Komandan İlham Əliyevin təltif olunması təklif edilib.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Azər Badamov deyib.
“Ali Baş Komandan, qələbəmizin müəllifi İlham Əliyevin ali orden və ali rütbə ilə təltif edilməsi məsələsinə Milli Məclisdə baxmalıyıq”.
Deputat Sahib Alıyev təklif edib ki, azad olunan ən hündür yüksəkliyə - Murovdağdakı Ömər aşırımına Prezident İlham Əliyevin adı verilsin.
Deputat Hikmət Babaoğlu bildirib ki, Mustafa Kamal Atatürkün adının qarşısına qazi adı onun qazandığı zəfərə görə verilmişdi, biz də Prezident İlham Əliyevin adının qarşısına qazi adını verməliyik.
Sevinc Vaqifqızı
Musa Qulammirzəyev
APA TV
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
Türkmənistan Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib