Deputatdan məcburi köçkünlərin məskunlaşması ilə bağlı təklif
“Məcburi köçkün müraciət edir ki, 30 ilə yaxındır ki, müvəqqəti yaşadığı evdən məhkəmə qərarı ilə çıxarılması tələbi qoyulub”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Məmmədov deyib.
Deputat bildirib ki, əvvəllər də bu məsələyə baxılıb: “Ulu öndər bildirmişdi ki, məcburi köçkünü evlə təmin etmədən o, müvəqqəti yaşadığı yerdən çıxarıla bilməz. Bu gün torpaqlarımız işğaldan azad olunub, lakin məcburi köçkünlər hələ öz yurd-yuvasına qayıtmayıb. Məcburi köçkünlər evlə təmin edilmədən məhkəmə qərarı ilə onların müvəqqəti yaşadığı evlərdən çıxarılması tələb edilir. Təklif edirəm ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bu məsələ müzakirə edilsin. Məhkəmə qərarları qəbul edilən zaman Dövlət Komitəsindən nümayəndə çağırılsın. Artıq onların müvəqqəti yaşadığı evlərdən çıxarılması kütləvi hal alıb. Onlar evlə təmin olunmadan yaşadığı müvəqqəti yerdən çıxarılsa, harada yaşayacaq?! Məcburi köçkün evlə təmin olunmayana qədər müvəqqəti yaşadığı yerdən çıxarıla bilməz”.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi