Deputatdan hamilə qadınlarla bağlı ÇAĞIRIŞ
“Cəmiyyəti son günlərdə narahat edən məsələlərdən biri peyvəndləmədir”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, bu gün bu sahədə həm ölkəmizdə, həm də dünyada mühüm işlər görülür: “Peyvəndləmənin xüsusilə təhsil sahəsində aparılması çox mühümdür. Ana olma ehtimalı olan tələbə hamilə qadınlardan, tələbə analarından əks-göstəriş sertifikatı tələb olunur. Hətta bu günlərdə belə bir tələbə öz imzasıyla təhsilindən imtina edib.
Sabah bir ana koronavirusa qarşı peyvəndi olmadığı üçün məhkəməyə müraciət edə bilər. Dünyada sübuta yetirilib ki, hamilə qadınların peyvənd olunması əks-göstəriş yaratmır, ancaq bizdə əks-göstəriş sertifikatı verirlər”.
OXŞAR XƏBƏRLƏR
Tozun miqdarı normadan artıqdır – Tozlu hava neçə gün davam edəcək?
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI