Deputat startapla bağlı təkliflə çıxış edib
“Bu qanun layihəsində startap ayrıca istiqamət kimi qeyd olunmayıb”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, hazırda startap dünya miqyasında 3 trilyon ABŞ dolları, G7 ölkələrində isə 600 milyard ABŞ dolları əlavə dəyər yaradır:
“Bu səbəbdən startaplarla bağlı əlavə qanun layihəsinə ehtiyac var. Startaplar kiçik və orta sahibkarlığın (KOB) fəaliyyətində mühüm rol oynayır. Bundan başqa, qanun layihəsi innovativ olmalıdır və təkcə ənənəvi üsullarla hazırlanmamalıdır. Ancaq bu layihədə innovasiya xüsusi ünvanlanmayıb. Qanun layihəsində KOB-un maliyyə təminatı sistemləşdirilməyib. Halbuki, KOB-lar üçün əsas problemlərdən biri məhz maliyyə resurslarına çıxış imkanının artırılmasıdır. Digər tərəfdən, qanunun əhəmiyyətinin əsaslandırılmasına və qanunun daha çox dəstək tədbirlərini əhatə etməsi vacibdir”.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi