Deputat: “Soyadların milliləşdirilməsi prosesi asanlaşdırılmalıdır”
“Azərbaycanda soyadların dəyişdirilməsi çox çətin prosesdir. Bu prosesin asanlaşdırılmasına ehtiyac var. Bəziləri yuxarıdan göstəriş almayıb deyə buna mane olur”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, bu məsələ parlamentdə dəfələrlə müzakirə edilib: “Ədliyyə Nazirliyi göstəriş verə bilər ki, soyadlar yeni tələbə uyğun milliləşdirilsin. Böyük rüsumlar tələb edilir. Əhalinin buna imkanı yoxdur. Sizdən xahiş edirəm ki, bu təklifimi nazirliyə çatdırın. Yerli idarələrə tapşırılsın ki, vətəndaşların bu arzusunu yerinə yetirsinlər. Bunun qarşısını almasınlar”.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə bildirib ki, ümumiyyətlə, Azərbaycanda bu gün belə bir problem yoxdur: “Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyi vətəndaşın istək və arzusunu icra edən orqandır. İstənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər. Yeni doğulan uşaqlarla bağlı isə ümumiyyətlə, problem yoxdur. Kim istəsə, istədiyi sonluğu seçə bilər”.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar