Deputat partiya üzvlərinin fərdi identifikasiya nömrələrinə dair tələbin ləğvini təklif etdi
“Biz artıq partiyada göstəriş vermişik ki, qanun layihəsinin 20-ci maddəsinə uyğun olaraq partiya üzvlərinin fərdi identifikasiya nömrələri alınsın. Amma bu informasiya gizli, konfidensial informasiyadır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev bildirib ki, bu, partiya üzvləri arasında narazılıq yaradır: “Fərdi identifikasiya nömrəsi ilə hətta bir vətəndaş evdən oturub kredit götürə bilər. Bu konfidensial informasiyanı qorumaq üçün tələblər müəyyənləşib, Nazirlər Kabineti bunu təsdiqləyib. Partiyaların heç birinin o imkanı yoxdur ki, bu informasiyanın konfidensiallığını qoruya bilsin. Məncə, sadəcə partiya üzvlərinin adı soyadı və şəxsiyyət vəsiqəsinin nömrəsini yazmaq kifayət edir. Çünki fərdi identifikasiya nömrəsinin şəxsdən alınması qəbul etdiyimiz qanunlara da ziddir”.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib