Deputat Müdafiə Nazirliyinin hospitalının işini tənqid etdi
“Tez-tez qazilərin ciddi və haqlı şikayətlərini eşidirik”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, Müdafiə Nazirliyinin hospitalının işi ürəkaçan deyil: “Qazilərə deyirlər ki, dərmanları özünüz alın. Hansı pulla alsın? Bəzi qazilərimizin hələ əlillik dərəcəsi də təyin olunmayıb. Hələ bir çoxu ordudan tərxis olunmayıb. Əlilliyin təyin olunmasında da qazilər çətinliklə üzləşir. Elə bilirlər bu əsgərlərə yenidən göz çıxacaq, ayağı uzanacaq? Müdafiə Nazirliyinə ən çox maliyyə ayrılır. Könüllü ianələr də olunur. Sual olunur: niyə Müdafiə Nazirliyinin hospitalı qazilərin müalicəsini təşkil etmir? Həkimə getməkdirsə, rayondakı həkim də eyni diaqnozu qoyur. Qazilərin şikayətləri müzəffər qələbəmizə kölgə salır”.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar