Deputat: “Kür adında ekoloji fəlakətin astanasındayıq”
“Ölkəmiz Kür adında ekoloji fəlakətin astanasındadır”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, bu problem vaxtında həll edilməyib: “İş adamları xaricə qaçır, orada da fəlakət baş verəndə ölkə itkilərə məruz qalır. Ukrayna nümunəsi var. Ukraynada nə qədər vətəndaşımızın biznesi, qoyduğu sərmayə batdı. Hökumət mütləq maliyyə amnistiyası verməli, tikinti amnistiyası olmalıdır.
Tikinti-əmlak amnistiyasına getməliyik. Müvafiq sənədləri olmadan inşa edilmiş yaşayış evləri və onların altındakı torpaq sahələri ilə bağlı qanunvericilik aktı hazırlanıb, Milli Məclisə təqdim edilsin, biz də vaxt itirmədən qəbul edək”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ