Deputat: "Gəncə İnzibati Məhkəməsinin fəaliyyətini araşdırın"
“Güclü məhkəmə hakimiyyəti olmadan Azərbaycanda güclü Ombudsman təsisatı ola bilməz”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, məhkəmə hakimiyyətinin gücləndirilməsi üçün görülən işlər yetərli deyil: “Çox təəssüf ki, biz iqtisadiyyatımızı azad rəqabətə əsaslanan bazar iqtisadiyyatına uyğun qura bilmirik. Gəncə İnzibati Məhkəməsi ilə əlaqədar süründürməçiliklə bağlı şikayətlər çoxdur. Məhkəmə nə iddiaçının xeyrinə, nə də ziyanına qərar qəbul edir. Buradan Məhkəmə-Hüquq Şurasına müraciət edirəm ki, bu məhkəmənin fəaliyyəti araşdırılsın. Eyni zamanda, Gəncə Apelyasiya Məhkəməsinin inzibati kollegiyası ilə bağlı şikayətlər var. Gəncə Azərbaycanın ən böyük ikinci şəhəridir. Biz orada zaman-zaman insanların incidilməsini görmüşük”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ