Deputat Fazil Mustafa Naxçıvan blokadasından və tıxaclardan danışıb
“Bu gün Bakıda yaşayan bütün insanlar zülm çəkir və dövlət qurumları tıxacların qarşısında acizdir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, bu, həm də iqtisadiyyatımıza böyük zərbə vurur: “Təcili bu istiqamətdə tender keçirməliyik. Bu sahədə peşəkar olan Malayziya və digər ölkələrin şirkətlərini bu tenderlərdə iştiraka dəvət edək”.
Fazil Mustafa ermənilərin Xankəndidə keçirdikləri aksiyalara da toxunub: “Təklif edirəm ki, biz ermənilərə adekvat cavab verək və Naxçıvanda mitinq keçirib yolun açılması tələbi ilə bunu dünyaya tirajlayaq. Ermənilər dünyada bunu qaldırırlarsa, biz də Naxçıvanın blokadada qalmasını dünyaya çatdıraq. Ermənilərə təbliğatda uduzmamalıyıq. Diplomatiyamızın da əlində vasitələr olar”.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək