Deputat: “Dövlət şirkətləri vergidən yayınmaq üçün xərcləri şişirdir”
“Regionlara investisiya qoyan şirkətləri 5 il müddətinə bütün vergilərdən azad etməyi təklif edirəm”.
APA TV –nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, Azərbaycanda dövlət şirkətlərinin vergidən yayınmaq üçün xərcləri şişirtdiyini hamı bilir: “Bunun qarşısı alınmalıdır. Belə olduğu təqdirdə büdcə vəsaitlərindən də kifayət qədər yaxşı istifadə ediləcək. Məcburi köçkünlər içərisində çox zəngin insanlar var. Onlara imkan yaradılmalıdır ki, işğaldan azad edilmiş yerlərdə öz evini tiksin. Qarabağın bərpasına bütün xalq cəlb edilməlidir”.
OXŞAR XƏBƏRLƏR
21:57
217
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
21:51
261
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
21:44
252
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
16:29
1133
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
1143
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1689