Deputat: “Bütün elektron xidmətlər vahid platformada birləşməlidir”
“İşğaldan azad edilmiş ərazilər Prezident tərəfindən irəli sürülən “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji” konsepsiyaları əsasında yenidən qurulacaq”.
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.
Deputat bildirib ki, texnoloji dəyişikliyə hazırlaşmaq, dünyanın qabaqcıl ölkələrində bu sahələrdə təhsil alan gənclərimizə dəstək olmaq lazımdır: “Xarici universitetlərdə oxuyan tələbələrimizin dəstəklənməsi məsələsinin diqqətdə saxlanılmasını hökumət üzvlərindən xahiş edirəm”.
Deputat bildirib ki, Rayon İcra hakimiyyətləri ilə birlikdə dövlət büdcəsindən maliyyələşən 250-dək qurumda elektron xidmət və rəqəmsal tətbiqetmə görülür: “Təəssüf ki, digərləri hələ də elektron xidmətlərdən istifadə etmir. Eyni zamanda dövlət qurumları tərəfindən göstərilən bütün elektron xidmətlərin də vahid platformada birləşməsinə ehtiyac var”.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar