Deputat bu məhsullar ilə bağlı ƏDV-nin ləğvini təklif edib
“Dünyada ərzaq məhsullarının qiyməti durmadan artır. Buna Rusiya-Ukrayna müharibəsi də təsir edir”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, ayrı-ayrı dövlətlər arasında iqtisadi-ticari əlaqələrin pozulması bu prosesə təsir etməkdədir: “Azərbaycan da dünyanın bir hissəsi olduğu üçün bu proseslərdən kənarda qala bilmir. Baxmayaraq ki, ərzaq qiymətlərinin artmasının qarşısının alınması üçün Prezident İlham Əliyev tərəfindən tapşırıqlar verilir. Amma bu da kifayət etmir. Pərakəndə satış müəssisələrində ərzaq məhsullarına da digər məhsullar kimi 18% ƏDV tətbiq edilir. İndiki zaman kəsimində bunu endirmək xalqımızın maraqlarına uyğun olardı. Burada müxtəlif variantlar ola bilər. İndiki halda 18% ƏDV çoxdur və bunu differensiallaşdırmaq olar. İkincisi rüsumlarla bağlıdır. Azərbaycana xaricdən də ərzaq məhsulları gəlir. Azərbaycana xaricdən gələn qida məhsullarına tətbiq edilən rüsumu da ya aşağı salmaq, ya da ümumilikdə ləğv etməyi təklif edirəm”.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi