Deputat azyaşlı qızların məcbur ərə verilməsindən danışdı
“Ölkəmizdə azyaşlı qızların anaları tərəfindən ailə qurmağa məcbur edilməsi faktları var”.
APA TV xəbər verir ki, bunu Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deputat Kamilə Əliyeva deyib.
Deputat bildirib ki, bu və buna oxşar hadisələr insan alveri cinayəti kimi qeydə alınsa, yaxşı olar: “Bunun mümkün olub-olmamasını Seyfulla müəllimdən soruşmaq istəyirəm”.
Qeyd edək ki, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov bu gün Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə illik məlumatı təqdim edib.
OXŞAR XƏBƏRLƏR
17:12
192
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
239
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
219
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1660
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
1967
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1222