Deputat: “Araik və digər erməni cinayətkarlar hələ də həmin ərazilərdə qalır”
“Üçtərəfli bəyanat imzalanandan sonra Ombudsman tərəfindən sülhməramlıların nəzarəti altında olan ərazilərdə monitorinqlər aparılıb-aparılmaması məsələsi qalır”.
APA TV-nin xəbərinə görə, bunu bu gün Milli Məclisdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı deputat Nigar Arpadarai deyib.
Deputat bildirib ki, hazırda həmin ərazilərdə erməni cinayətkarlar hələ də qalır: “Onlardan biri də elə Araik Arutunyandır. Onlar silahlıdır, bu da ona gətirib çıxarır ki, orada olan azərbaycanlı və erməni əsilli vətəndaşlarımız həmişə risk altındadır. Ona görə hesab edirəm ki, bu məsələdə həm sülhməramlılar, həm də aidiyyəti qurumlarla iş aparılmalıdır”.
OXŞAR XƏBƏRLƏR
17:12
795
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
872
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
828
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1734
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
2032
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1286