Dənizkənarı Milli Parkda velosipedçilərə qarşı reyd keçirildi
Bakıda Kukla Teatrının yaxınlığında Dənizkənarı Milli Parkın ərazisində velosipedçilər saxlanılıb.
APA TV xəbər verir ki, polis əməkdaşları tərəfindən onlara qoyulmuş nişanın tələbinin pozulması ilə bağlı protokol yazılıb.
Bundan əlavə qapalı yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, həmçinin, beş nəfərdən artıq parkda toplaşan şəxslər məsuliyyətə cəlb edilib.
Səbail Rayon Polis İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları Dənizkənarı bulvar ərazisindən başqa Fəvvarələr Meydanında da reydi davam etdirib.
Bakı Şəhər Baş Polis İdarəsinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, velosipedçilər yalnız Bayraq Meydanının yaxınlığında və Ağ Şəhər Bulvarında velosiped sürə bilərlər.
OXŞAR XƏBƏRLƏR
11:43
558
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
556
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
578
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1285
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1873
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1885