Dənizçimiz Qazaxıstan limanında özünü gəmidən suya atdı
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasına aid “Qarabağ” gəmisi-bərəsi 28 dekabr saat 19:20-də göyərtəsində 33 vaqon olmaqla Ələt limanından Qazaxıstanın Kurık limanına doğru yola düşüb. 29 dekabrdan gəmi əlverişsiz hava şəraiti ilə əlaqədar Kurık limanına yan alması üçün reyddə lövbərdə dayanıb.
ASCO-dan APA TV-yə verilən məlumata görə, bu gün “Qarabağ” gəmisi reyddə lövbərdə dayanan vaxt 3-cü mexanik 1981-ci il təvəllüdlü Zahir Əsgərəli oğlu Məstiyev özünü gəmidən atıb.
Gəmi heyəti tərəfindən dərhal suya xilasedici dairə atılıb və qayıq suya salınıb. Buna baxmayaraq dənizçi xilasedici dairəni tutmayıb.
Gəmi heyət üzvlərinin sözlərinə görə, Zahir Məstiyev səfər zamanı ailəsində problemlərin olduğunu bildirib. O, bununla əlaqədar əvəz olunması üçün müraciət edib. Müraciət əsasında gəminin Bakıya dönüşü zamanı onun əvəz olunması planlaşdırılırdı.
Hadisə ilə bağlı Qazaxıstanın və Azərbaycanın aidiyyəti qurumlarına dərhal məlumat verilib. Hazırda Zahir Məstiyevin axtarışı aparılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı