Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov Siyəzəndə dəfn olunub
Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi doğulduğu Siyəzən rayonuna gətirilib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, mərhum rayonun Qozağacı kənd qəbristanlığlında torpağa tapşırılıb.
Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.
Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs Siyəzən rayon sakini 45 yaşlı mühəndis Fərman İsmayılovdur.
OXŞAR XƏBƏRLƏR
13:54
1913
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
1895
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
3025
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1579
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1998
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1170