“Dəniz kuboku” müsabiqəsi davam edir
“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycan ərazi sularında keçirilən “Dəniz kuboku” müsabiqəsi davam edir.
Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, müsabiqə dövründə komandalar “Üzən minaya artilleriya atışı”, “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” və “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” çalışmaları üzrə bacarıq və vərdişlərini nümayiş etdirərək tapşırıqlar icra edib.
Keçirilən 3 mərhələnin yekun nəticəsinə görə beynəlxalq hakimlər briqadasının qərarına əsasən Azərbaycan və Rusiya komandaları bərabər bal toplayıblar.
“Dəniz kuboku” müsabiqəsi sentyabrın 5-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR
18:20
1144
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1730
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1741
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
1505
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1630
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1586