“Dəniz kuboku - 2019” yarışları başa çatdı - AZƏRBAYCAN QALİB OLDU
“Beynəlxalq Ordu Oyunları - 2019” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku - 2019” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib. Əvvəlcə iştirakçı ölkələrin - Rusiya Xəzər Flotiliyasının, İran İslam Respublikası, Qazaxıstan və Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandalarının bayraqları səhnəyə gətirilib. Çıxış edənlər “Dəniz kuboku - 2019” yarışlarının Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafındakı rolundan danışıblar. Azərbaycanın 5-ci ildir ki, bu yarışlarda iştirak etdiyini deyən Azərbaycan nümayəndə heyətinin rəhbəri Sübhan Bəkirov, bu il də birinciliyi əldən vermədiyimizi qeyd edib: Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, Rusiya müdafiə nazirinin birinci müavini Ruslan Salikov, Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil İdarəsinin rəisi, “Dəniz Kuboku - 2019” müsabiqəsi Təşkilat Komitəsinin sədri, general-leytenant Nizam Osmanov, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hərbi Dəniz Donanmasının baş qərargah rəisi, vitse-admiral Andrey Volojinskiy, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən birinci dərəcəli kapitan Zaur Hümmətov və Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığı idarəsinin rəisi Oleq Korolyov komandalara və üzvlərinə kubok, medal və diplomlar təqdim ediblər. Ənənəyə uyğun olaraq “Dəniz Kuboku - 2019” müsabiqəsinin qalibi olan komandanın təmsil olunduğu ölkənin - Azərbaycanın dövlət himni ifa edilib. Sonda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının və “Dəniz Kuboku – 2019” müsabiqəsinin bayraqları endirilib. Mərasim konsert proqramı ilə davam edib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."