Dəniz kənarındakı obyektlərdə polis reydi - CƏRİMƏLƏNDİLƏR

Lənkəran polisi sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, şəhərin Kiçik Bazar adlanan ərazisində dəniz kənarında fəaliyyət göstərən iki istirahət məkanında tullantıların ətrafa atılması faktı aşkar edilib. Bununla bağlı sahibkarlar Fazil Həsənov və Kazım Mustafayev barəsində protokol tərtib edilib. Məsələ ilə bağlı istirahət məkanlarının sahibləri müsahibə vermək istəməyiblər. Yaxınlıqdakı iaşə obyektlərindən istifadə edən vətəndaşlar isə antisanitariya vəziyyətindən narazılıqlarını gizlətməyiblər: “İstirahətə gəlmişəm, baxıram ki, bu yanlarda istirahət yeri yoxdur, natəmizlik var. Yeyirlər, zibili hara gəldi, atırlar. Elə ona görə də bura gələn yoxdur. Təmizliyə baxsınlar, təmizliyə riayət etsinlər. İnsan gərək özü öz təmizliyinə baxsın. Burada təmizliyə baxan yoxdur, gələnlər də yeyir, zibili hara gəldi atırlar, gedirlər”. Təmizliyə riayət elə bir məsələdir ki, burada obyekt işçiləri nəzarəti nə qədər gücləndirsə də, bu işdə onlara dəniz qırağına istirahətə gələnlər də yardımçı olmalıdır: “Biz obyekti təmiz saxlayırıq, çalışırıq ki, təmizliyə riayət eləyək, müştərilərimiz, elə insanlar var təmiz saxlayır, elə insanlar da var təmiz saxlamır. Söz də deyirsən yenə həmin vəziyyət olur. Bizə gələn yoxlama da təmiz çıxır. Yəni çalışırıq ki, təmizliyə riayət eləyək, çünki burada qidalanırlar, çay içib yemək yeyirlər, təmiz olmasa gəlməzlər”. Eyni zamanda Lənkəran şəhəri Böyük Bazar ərazisində də aşkarlanan analoji fakta görə Nadir Məmmədov adlı sahibkar barəsində də inzibati protokol tərtib edilib. Lənkəran Şəhər Rayon Polis Şöbəsi bu istiqamətdə tədbirləri davam etdirir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR