Dəm qazından zəhərləndi, başqa şeydən dünyasını dəyişdi
Neftçalada ana və oğlu dəm qazından zəhərlənib. İki gün sonra oğlu xəstəxanada dünyasını dəyişib.
Hadisə iki gün bundan əvvəl Neftçala rayonunun Mirqurbanlı kəndində baş verib. Kənd sakinləri, 79 yaşlı Naibə Pirəliyeva və onun 57 yaşlı oğlu Bəxtiyar Pirəliyev yaşadıqları evdə dəm qazı zəhərlənib. Naibə Pirəliyevanın oğlu Əmrahın dediyinə görə, həmin gün axşam saatlarında anasına bir neçə dəfə zəng vursa da, zəngi cavabsız qalıb. Bundan narahat olan Əmrah anası və qardaşının yaşadığı evə gəlib. Qapını döysə də, cavab verən olmayıb. Əmrah Pirəliyev geri qayıtmaq istəyən zaman səs gəldiyini eşidib.
Xəstəxanadan verilən məlumata görə, Bəxtiyar Pirəliyev qaz boğulmasından dünyasını dəyişməyib. Zərərli vərdişlərin aludəçisi olduğundan qan dövranı pozulub. Xəstədə tromb embaviya baş verib və qəfil dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib