Dəliməmmədlidə 3 ailənin yaşadığı ev yandı

 

Goranboyda 3 ailənin yaşadığı ev yanıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. 1985-ci il təvəllüdlü Axundov Bəxtiyar Alim oğlu ,1974-cü il təvəllüdlü Əliyev Sərvan Famil oğlu və 1971-ci il təvəllüdlü İbrahimov Vüqar Əjdər oğluna məxsus ümümi sahəsi 450 kv.m olan evdə yanğın başlayıb. Dərhal hadisə yerinə Goranboy Yanğından Mühafizə Hissəsinin, Gəncə şəhəri Yanğından Mühafizə Bölməsinin və Kəlbəcər rayon Yanğından Mühafizə Hissəsinin 6 yanğın söndürən avtomobili və 30-dan çox canlı qüvvəsi cəlb olunub. Evin 320 kv.metr sahəsi əşyaları ilə birlikdə yanıb. Qalan hissəsi yanğından mühafizə olunub. Qeyd edək ki, yanan evdə 3 ailə yaşayır. Yanğının baş vermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR