Dələduzluqla 100 minə yaxın pul ələ keçirdi
Bakıda aralarında Qarabağ qaziləri və əlilləri olan ümumilikdə 18 nəfərə qarşı dələduzluq edilib.
Lent.az-ın məlumatına görə, ittiham aktına əsasən, dələduzluqda təqsirli bilinən R. Eminli Qarabağ qaziləri və əlillərə, həmçinin təqaüdləri dayandırılan başqalarına əlilliklərini bərpa edəcəyini deyib. Bu yolla onları aldadaraq, ümumilikdə 94 min 200 manat pullarını ələ keçirib.
Aldadıldığını görən zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Nəticədə R. Eminli saxlanılaraq, istintaqa cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
R. Eminli barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
İş üzrə məhkəmə istintaqı davam edir. Məhkəmənin baxış iclası fevralın 1-də baş tutacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb