Dəhşətli qətlin sirri açıldı: dostunu buna görə öldürüb
Samuxa dəhşətli qətl hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Fizuli kəndində baş verib. Kənd sakini 32 yaşlı Mədət Tağıyev həyat yoldaşı Aygün Tağıyevanı bıçaqlayıb, həmkəndlisi Cavid Əliyevi isə qətlə yetirib. Qətl gecə saatlarında Mədət Tağıyevin yaşadığı evdə yaşanıb. Hər iki şəxs dost olub.
İlkin ehtimal olaraq qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Artıq faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Mədət Tağıyevin həyat yoldaşı Aygündən iki azyaşlı övladı var. İki bıçaq zərbəsi alan qadın xəstəxanaya yerləşdirilib.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, SAMUX
OXŞAR XƏBƏRLƏR
18:19
1011
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
1049
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
1290
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1003
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1201
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1665