Dəfn mərasimində iştirak edən koronavirus xəstəsi barədə cinayət işi açıldı - ZƏRDABDA
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşayış yerini qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi müəyyən edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayonun Pərvanlı kəndində yaşayan Əli Hüseynovun virusun daşıyıcısı olduğunu bilə-bilə koronavirus xəstəliyindən dünyasını dəyişən həmkəndlisinin dəfn mərasimində iştirak etdiyi məlum olub.
Araşdırma zamanı məlum olub ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara, həmçinin telefon vasitəsilə ona yaşayış evini tərk etməmək barədə SMS göndərilməsinə baxmayaraq, bu göstərişlərə bilərəkdən əməl etməyib. Bununla da Əli Hüseynov virusun daha çox yayılmasına şərait yaradıb. Yaşadığı ünvanı bir neçə dəfə tərk edən bu şəxs Pərvanlı kəndinin inzibati ərazisində yerləşən qəbiristanlıqda polislər tərəfindən saxlanılıb.
Polislər tibbi prosedurları gözləməklə Əli Hüseynovu yaşadığı evə qaytarıblar. Onun barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”