Dayısının məzarından oğurluq edən narkotacir yaxalandı
Lənkəran polisi dayısının məzarından oğurluq edən bacıoğlunu saxlayıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonunun Kərgəlan kənd qəbiristanlığında dayısının məzarının ətrafına çəkilmiş 200 manat dəyərində dəmir məhəccərləri oğurlayan rayon sakini Rahim Mirzəyev saxlanılıb. Saxlanılan zaman onun üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Lənkəran polisinin keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Bilal Verdiyev də saxlanılıb. Araşdırmalarla onun ayrı-ayrı vaxtlarda və rayonun müxtəlif ərazilərində yeddi avtomobildən maqnitofon oğurladığı müəyyən edilib. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV, Lənkəran
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib