Dahi şairə həsr edilən “Şərq Günəşi” adlı tədbir keçirildi
Beyləqanda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Şərq Günəşi” adlı tədbir keçirilib.
APA TV-nin yerli bürosu məlumat verir ki, tədbir Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında, Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib. Beyləqan mədəniyyət mərkəzində baş tutan tədbirdə dahi mütəfəkkirin poemaları səhnələşdirilərək yerli tamaşaçılara təqdim olunub.
Rayonun Gənclik Xalq Teatrı dahi şairin “Xəmsə”sinə daxil olan, “İsgəndərnamə”, “Sirlər Xəzinəsi”, “Leyli və Məcnun”, “Fərhad və Şirin” əsərlərindən hissələr səhnələşdirilib. Ədəbi-bədii kompozisiyanın sonunda çıxış edənlər tədbir iştirakçıları adından Azərbaycan ədəbiyyatı və incəsənətini, xüsusilə klassik ədəbiyyatını diqqətdə saxlayan Prezident, Ali baş komandan İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edərək tədbiri onun yubileyinə ərməğan etdiklərini diqqətə çatdırıblar.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı