Daha 517 nəfərdə koronavirus tapıldı, 7 nəfər öldü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 517 yeni yoluxma faktı qeydə alınıb, 305 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 15 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8364 nəfər müalicə olunaraq sağalıb, 187 nəfər vəfat edib, 6818 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6980, ötən müddət ərzində isə ümumilikdə 456 215 test aparılıb.
OXŞAR XƏBƏRLƏR
11:43
1155
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1163
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1190
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1345
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1934
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1956