Daha 514 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 1306 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 327 601 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 308 317 nəfər müalicə olunaraq sağalıb, 4713 nəfər vəfat edib, aktiv xəstə sayı 14 571 nəfərdir.
Azərbaycanda son sutka ərzində 8081, hazırkı dövrədək isə 3 346 012 test aparılıb.
OXŞAR XƏBƏRLƏR
19:45
444
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
456
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
990
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
890
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
16:19
857
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
18:07
902