Daha 336 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü - AZƏRBAYCANDA
Azərbaycanda koronavirus infeksiyasına 336 yeni yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
APA TV-nin məlumatına görə, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 9218 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 5113 nəfər müalicə olunaraq sağalıb, 113 nəfər vəfat edib. 3992 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5600 test aparılıb.
OXŞAR XƏBƏRLƏR
11:43
1432
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1435
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1481
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1378
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1963
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1983