Daha 1 663 nəfər COVID-19-a yoluxub, 859 nəfər sağalıb, 16 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 663 yeni yoluxma faktı qeydə alınıb, 859 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 65 411 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 48 908 nəfər müalicə olunaraq sağalıb, 840 nəfər vəfat edib, aktiv xəstə sayı 15 663 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 722, ötən müddət ərzində isə ümumilikdə 1 441 230 test aparılıb.
OXŞAR XƏBƏRLƏR
18:38
734
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1339
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1343
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
909
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2283
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2228