Dağlıq Qarabağın azərbaycanlı icması yeni kampaniyaya başlayıb
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması yeni bir layihəyə start verib.
APA TV-nin məlumatına görə, “Qarabağın harayı” adlı layihənin məqsədi müxtəlif dillərdə beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupuna üzv ölkələrinin rəhbərlərinə, Dağlıq Qarabağın erməni icmasına video müraciət edərək, tezliklə azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmaq arzularını onların diqqətinə çatdırmaqdır.
“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib ki, əsas məqsəd Ermənistanın işğalçı siyasətini dünya ictimaiyyətinə göstərməkdir: “Müraciətin məqsədi ondan ibarətdir ki, dünya ictimaiyyətini, beynəlxalq təşkilatları biz daha çox Ermənistanın işğalına, təcavüzünə diqqət çəkək. Ümid edirik ki, Azərbaycan gəncləri müxtəlif xarici dillərdə video müraciətlər hazırlayaraq dünya ictimaiyyətinin diqqətini bu məsələyə çəkəcək”.
Tədbirdə ermənilərin işğalçı siyasətindən əziyyət çəkən şəxslərin səsini dünyaya çatdırmaq məqsədilə hazırlanmış “Şuşaya yenidən günəş doğacaq” adlı video-çarx nümayiş olunub. Tədbir müzakirələrlə davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib