Dağlıq ərazilərə qar yağacaq - PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək, səhər cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 16-19, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, mayın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
OXŞAR XƏBƏRLƏR
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib