Dağlıq ərazilərə qar yağacaq - HAVA PROQNOZU
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə bildirilib ki, fevralın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama