Dağ kəndlərindəki uşaqların qışdakı tək əyləncəsi - Kirşə
Qubanın Alpan kənd sakini Əli Fətəliyevin 14 yaşı var. Onun əyləncəsi şəhər mərkəzlərində yaşayan həmyaşıdlarından tamamilə fərqlidir. Bəlkə də onun düzəltdiyi bu “əl kirşəsi”nin nə olduğunu bilməyən çox insan var. Altı hamar iki paralel xizək üzərində düzəldilmiş minik və ya yük arabası olan kirşəni kənd yerlərində uşaqlar qışda əyləncə məqsədi ilə istifadə edir.
Əli daha çox uşağın əylənməsini təmin etmək üçün artıq bir neçə ildir ki, həm kirşə düzəldir, həm də onun təmiri üçün dostlarına kömək edir.
Sumqayıtdan Alpana qonaq gələn Adəmin də kirşə ilə tanışlığı onun xoşuna gəlib.
Şimal bölgəsində əksər dağ kəndlərində, xüsusilə, qış aylarında uşaqların yeganə əyləncə yeri qarlı-buzlu hündürlüklərdir. Bu hündürlüklərdə əyləncəni və həyəcanı artıran isə kirşələr olur.
Vəli Turan, Mais Allahverdiyev, APA TV, Quba.
OXŞAR XƏBƏRLƏR
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib
“Halal iqtisadiyyat və İslam maliyyəsi: yeni imkanlar” – MÜSAHİBƏ
IsDB-nin İllik Toplantıları çərçivəsində bir sıra maliyyə və investisiya sazişləri imzalanıb
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib