Dağ kəndinin sakininin əl işləri görənləri heyran qoyur
Qusarın Əniğ kənd sakini Rüfət Xanəhmədovun 72 yaşı var.
APA TV-nin yerli bürosunun məlumatına görə, onun uşaqlıdan sənətkarlığa və rəssamlığa meyli olub. İndi oymaçı kimi əl işləri hazırlayan Rüfət Xanəhmədov deyir ki, hər ağacın öz naxışı, öz gözəlliyi var. Elə bu gözəllik onun oyma sənətinə maraq göstərməsinə səbəb olub. Uzun müddət baytarlıq sahəsində çalışsa da bu istəyindən əl çəkməyib.
Oymaçı tələbəlik illərindən məşğul olduğu bu sənəti indi də davam etdirir. Onun əl işlərindən ibarət bir neçə sərgisi də təşkil olunub.
Oymaçı hazırladığı əl işlərinin üzərində forma və xüsusiyyətindən asılı olaraq 10-15 gün çalışdığını deyir. Rüfət Xanəhmədov məşğul olduğu sənətlə bağlı tək nigaranlığı gənclərin bu sənətə maraq göstərməməsi ilə bağlıdır.
Vəli Turan, Mais Allahverdiyev, APA TV
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib