COVID 19-la bağlı göndərilən yanlış SMS-lərin ümumi statistikaya təsiri yoxdur
“25 və 26 iyul tarixlərində its.gov.az portalından koronavirus testinin nəticələri ilə bağlı vətəndaşlara göndərilən yanlış SMS-lərin ümumi statistikaya təsiri yoxdur”.
APA TV xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, yanlışlıq yalnız SMS-lərdə baş verib: “SMS-lərin göndərilməsində yanlışlıq isə texniki xəta ilə əlaqədar olub. Bu gündən başlayaraq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Sistemdə və “E-təbib” proqramında hər şey doğrudur. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”- deyə, Agentlik bildirib.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus testinin nəticələri ilə bağlı iyulun 25-i və 26-da vətəndaşlara göndərilən SMS-lərdə texniki səbəbdən yanlışlığa yol verilməsi barədə açıqlamasından sonra bu yanlışlığın ümumi statistikaya təsiri haqqında da iddialar yayılmışdı.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi