Çovğuna düşən hərbçilərimiz itkin düşdü
Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.
APA TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbərə görə, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, dərhal axtarış tədbirlərinə başlanılıb.
"Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək", - MN-dən bildirilib.
OXŞAR XƏBƏRLƏR
17:12
760
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
837
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
791
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1729
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
2029
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1282