Çörək sexində partlayış: qadın ağır xəsarətlər aldı - ŞƏKİDƏ
Şəkidə çörək sexində partlayış olub.
APA TV-nin məlumatına görə, hadisə noyabrın 28-də şəhərin 20 yanvar küçəsində qeydə alınıb.
Həmin vaxt sexdə çalışan 1961-ci il təvəllüdlü Məlahət Məmmədova yanıq xəsarətləri alıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Partlayışdan sonra yanğın başlayıb. Sexin fəaliyyət göstərdiyi 1000 kv.m sahəsi olan binanın 60 kv.m sahəsi yararsız vəziyyətə düşüb.
Partlayış dalğasının təsirindən sexin pəncərə şüşələri dağılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğının genişlənməsinin qarşısı dərhal alınıb.
Hadisə ilə bağlı təhqiqat aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
879
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
769
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
774
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
870
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
832
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
850