Çoban kasetli bombanın partlaması nəticəsində ölüb
Yevlax rayonunda partlayış nəticəsində çoban həlak olub.
APA TV-nin əldə etdiyi məlumata görə, Goranboy rayonunda yaşayan Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov Yevlaxın Şirinbulaq yaşayış sahəsinə yaxın ərazidə hərbi sursatın partlaması nəticəsində aldığı xəsarətdən ölüb.
Yevlax rayon prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun II Qarabağ Müharibəsi zamanı həmin əraziyə düşmüş kassetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur.
Hazırda faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, İsmayıl Mikayılov ailəli olub, iki azyaşlı övladı var. O, Goranboyun Veysli kəndində dəfn edilib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı