Çoban işlədiyi fermadan 71 baş keçini oğurladı – QAXDA
Qaxda işlədiyi fermadan 71 baş keçini oğurlayan şəxs saxlanılıb.
APA TV-nin məlumatına görə, Polis Şöbəsinə rayonun Ləkit kəndində yerləşən fermadan bu ilin yanvar ayından aprel ayınadək olan müddətdə ümumi dəyəri 11 min manata yaxın olan 71 baş xırdabuynuzlu heyvanların oğurlanması barədə müraciət daxil olub.
Keçirilən əməliyyat nəticəsində oğurluğu həmin fermada çoban işləyən Şirin Məmmədovun törətdiyi müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb.
Şirin Məmmədov keçiləri Qax və Zaqatala rayonlarında ayrı-ayrı şəxslərə satdığını bildirib. Əldə etdiyi pulu isə özünün əyləncəsi üçün xərcləyib.
Polis əməkdaşları tərəfindən həmin heyvanları alan şəxslər də müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
16:28
275
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
383
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2412
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2286
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2277
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1467