Çoban heyvanları oğurladı, Bakıya əylənməyə gəldi
İsmayıllı rayonunun Hacıhətəmli kəndində yerləşən fermadan 65 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, həmin fermada çoban işləyən Asif Abdullayev saxlanılıb. O, ifadəsində oğurladığı qoyunları 6500 manata satdığını və əldə etdiyi pulu Bakı şəhərində əyləncəyə xərclədiyini bildirib. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
20:35
778
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
819
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
775
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
19:26
1233
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
19:11
1181
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
10:12
1555