Cinsi ayrı-seçkilik uşaqlarda hansı travmalar yaradır? - REPORTAJ
Ailə cəmiyyətin kiçik hissəsidir, uşaq isə bu ailənin güzgüsü... Atalarımız nahaq yerə deməyiblər ki, “Övladım əzizdir, tərbiyəsi ondan da əziz”. Çünki hər bir uşaq cəmiyyətdə nümayiş etdirdiyi davranışı və əxlaqı həm də ailəsi haqqında təsəvvür yaradır.
Təəssüf ki, bəzən Azərbaycan ailələrində keçmişin ənənələrinə ifrat bağlılıq müasir dövrlə ayaqlaşmağa mane olur. Və nəticədə bəzi problemlər ortaya çıxır. Onlardan biri də uşaq tərbiyəsində cinsi ayrı-seçkilikdir. “Oğlan düşmən çəpəridir, qız isə evdə qonaqdır”. Uşaqlıqdan deyilən bu sözlər bir növ cinsi ayrı-seçkiliyin təməlidir. Psixoloq uşaq tərbiyəsində cinsi ayrı-seçkiliyin gələcəkdə onların həyatında ciddi problemlər yaradacağını deyir.
Sosioloq isə bu cür məsələlərin mənfi tərəfi ilə yanaşı müsbət tərəflərinin də olduğunu qeyd etdi.
Uşaqları cinsi ayrı-seçkiliyə sövq edəcək məsələyə çəkməkdənsə, daha çox öz sosial vəzifələrini və hüquqlarını onlara düzgün aşılamaq lazımdır. Bu, gənc nəslin gələcəyi üçün daha önəmli olar.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək