Çingiz Qənizadə: “Söyüş söyənlərlə müzakirəyə hazırıq”
“Təhqir, böhtan və bu kimi digər hallar cinayət məsuliyyəti yaradır”.
APA TV-nin məlumatına görə, bunu Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə keçirilən “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masada Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.
O bildirib ki, böhtan və təhqirə görə Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələri mövcuddur: “Ölkə rəhbərliyinin humanist yanaşması nəticəsində bu maddələr tətbiq edilmir. Milli Məclisin deputatı kimi mən, parlamentdə bu məsələni qadıracağam ki, bu maddələrin sanksiyalarının artırılması məsələsinə baxılsın”.
Deputat qeyd edib ki, xaricdə oturub böhtan və söyüş kampaniyası aparanlarla bu məsələni müzakirə etməyə hazırdır: “Biz, hüquq müdafiəçiləri, bu cür insanlarla oturub bu problemin həlli yollarını müzakirə etməyə hazırıq. İstər ölkə daxili, istərsə də ölkə xaricində. Hər bir mübarizənin sivil yolları var. Hesab edirik ki, hər hansı bir mübarizə sivil qaydada aparılmalıdır. Biz söyüş, təhqir və böhtanlara yox deyirik”.
Qeyd edək ki, tədbirdə Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda birləşmiş hüquq müdafiəçiləri, Milli Məclisin deputatları, QHT rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd son dövrlər sosial şəbəkələrdə söyüş, təhqir və böhtan xarakterli çıxışlara qarşı müzakirə aparmaqdır.
İlahə Vəliyeva Musa Qulamhüseynov APA TV
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."