Çimərlikdə avtoşluq edənləri bu qədər cərimə gözləyir - DYP açıqladı
Çimərlik ərazisində avtomobillərin hərəkəti insanların istirahətinə mane ola, hətta xəsarət almalara belə səbəb ola bilir. Belə hadisələr dəfələrlə baş verib. Bu yaxınlarda çimərlik ərazisində avtoxuliqanlıq edilməsi hadisəsini də fakt kimi qeyd edə bilərik. Sözügedən vəziyyət təbii ki, çimərliyə istirahət üçün gələnləri narahat etməyə bilməz. BDYPİ-nin ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru Toğrul Nəsirli bu istiqamətdə nəzarət tədbirlərinin həyata keçirildiyini bildirir. Toğrul Nəsirli onu da qeyd edib ki, bu cür hərəkətlərə yol verən şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə oluna bilər. Və ya onları nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs gözləyir. ORXAN ASLAN XƏYAL İSGƏNDƏROV APA TV
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi