“Çimə bilmirəm” - Bura Bakının Somalisidir
Tez-tez Bakının bəzi rayonlarında suyun verilməsində fasilələr yaranır. Bəzi hallarda bu fasilələr bir neçə saat çəksə də, bəzən gün boyu davam edir. Bu da sakinlərin haqlı narazılığına səbəb olur.
Sakinlər deyir ki, 2015-ci ildən əksər binalarda su çənləri yığışdırılıb. Həmin vaxt vətəndaşlara vəd verilib ki, suyun verilməsində fasilə olmayacaq. Çənlər həm binalarda ağırlıq yaradırlar, həm də şəhərin görüntüsünü pozurlar. Ancaq neçə ildi tez-tez su kəsilir, çən də olmadığından insanlar saatlarla, bəzən də günlərlə bir stəkan su tapa bilmirlər.
Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, hazırda Abşeron yarımadasında qənaət rejiminə keçilib.
Azərbaycanda su qıtlığının tezliklə aradan qalxacağı gözlənilmir. Hətta əksinə, bəzi ekspertlər içməli su ehtiyyatlarının daha da azalacağını proqnozlaşdırırlar. Bəs indi suyu kəsilən, çən quraşdırmağa icazə verilməyən vətəndaş nə etməlidir? Bu vəziyyətə neçə il dözməlidir?
Gördüyünüz kimi... Bu suallara aidiyyəti qurumlardan cavab ala bilmədik.
İndi susuz sakinlər oturub gözləməlirlər ki, aidiyyatı qurumlar qarşılarında pürrəngi çay, nə vaxtsa problemdən çıxış yolu tapacaqlar. Hələliksə bu barədə düşünməyə vaxtları yoxdur.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib