Ceyhun Bayramov: “Şagird sinifdə yalnız o halda saxlanıla bilər ki...”

"Ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalması bizim üçün narahatedici məqamdır. Hər bir hala baxılır və analiz edilir".

 

APA TV-nin məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycanda 1 milyondan çox şagird təhsil alır: "Qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var. Meyarlara əsasən, orta ümumtəhsil məktəblərində təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa, onda şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı 4-dən azdırsa, yay tapşırıqları verilir.

 

Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir". Məktəblərdə din dərslərinin keçirilməsi məsələsinə toxunan nazir bildirib ki, hazırda mövcud olan dövlət standartlarına əsasən, məktəblərdə dinin tədrisi nəzərdə tutulmur. Nazir qeyd edib ki, ümumtəhsil müəssisələrində "Həyat bilgisi" fənni keçirilir, bu fəndə və bir sıra fənlərdə müxtəlif dinlər, onların tarixi, dini maarifləndirmə haqda məlumatlar var. Yeni dərsliklər hazırlanan zaman eyni standartlar tətbiq olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR